Bizim Hekayəmiz
Mindrion 2018-ci ildə Bakıda kiçik bir komanda tərəfindən quruldu. O vaxt Azərbaycanda 3D animasiya və oyun sənayesi yeni inkişaf etməyə başlayırdı, biz də bu sahəyə öz töhfəmizi vermək istəyirdik.
İlk layihələrimiz yerli oyun studiyaları üçün karakter modelləməsi və animasiya xidmətləri idi. Zamanla komandamız böyüdü və beynəlxalq müştərilərlə işləməyə başladıq. Bugün artıq 15 nəfərlik peşəkar komandamız var.
Ən böyük uğurumuz 2022-ci ildə beynəlxalq oyun yarışmasında "Ən Yaxşı 3D Sənət" mükafatını qazanmağımız oldu. Bu bizə həm yerli, həm də beynəlxalq bazarda tanınmağa kömək etdi.

